Bu il may-iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turniri keçiriləcək.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq təşkilati işlərə başlanılıb.
Turnirdə iştirakla bağlı Yaponiya Futbol Assosiasiyasından AFFA-ya təsdiq məktubu göndərilib.
II Caspian Cup turnirində də iştirak edən Asiya təmsilçisi turnirin səviyyəsindən və təşkilati işlərdən razı qaldığına görə bu il də turnirdə iştirak etmək barədə qərar qəbul edib.