Qış transferinin açılmasına bir müddət qalsa da, “Xəzər Lənkəran” ilk transferini reallaşdırıb. Cənub təmsilçisi "Beşiktaş"ın sabiq üzvü Gökhan Güləçin keçidini artıq razılaşdırıblar.
Bu barədə saytımıza açıqlama verən "Xəzər Lənkəran"ın icraçı direktoru Höccət Hacıyev bu və digər transfer edəcəkləri futbolçulardan danışıb:
"Bəli. Biz artıq bu futbolçu ilə müqavilə imzalayacağıq. Digər transferlərimizə gəlincə isə bunu zaman göstərəcək. Lakin onu deyə bilərəm ki, Avropa ölkələrindən transferlərimiz olacaq".