"Xəzər Lənkəran"la oyuna ciddi hazırlaşırıq. Rəqibi mümkün qədər analiz etməyə çalışırıq. Azərbaycan təmsilçisini İlk oyundan sonra daha yaxşı tanıyacağıq".
Korner.az-ın məlumatına görə, bu sözləri "Slima" klubunun müdafiəçisi Beppe Muskat ölkəsinin mətbuatına açıqlamasında deyib.
Daha sonra maltalı futbolçu bunları deyi: "Dediyim kimi rəqib haqda məlumat toplamağa çalışırıq. "Xəzər Lənkəran"ın heyətində yeganə tanınan sima baş məşqçi Con Toşakdır. Çox təcrübəli mütəxəssisdir. Ancaq bizim də hədəflərimiz var. Meydana yalnız qələbə üçün çıxacağıq".
Qeyd edək ki, "Slima" – "Xəzər Lənkəran" oyunu iyulun 2-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.