“Xəzər Lənkəran”ın futbolçusu Alfred Sanko yenidən zədələnib.
Korner.az-ın məlumatına görə, “Neftçi” ilə oyunu buraxan sierra-leoneli futbolçu “Araz Naxçıvan”la oyunda yenidən zədə alıb.
Start heyətində yer alan Sanko 27-ci dəqiqədə yerini Tural Cəlilova verməli olub. Futbolçu Bakıda müayinə olunacaq və “Qəbələ” ilə matçı buraxacaq.