Ötən mövsümlə müqayisədə bu il xeyli güclənən “Xəzər Lənkəran” doğma arenasında ilk matçına çıxacaq.
Korner.az-ın məlumatına görə, rəqib autsayderlərdən sayılan “Sumqayıt” komandasıdır. İlk matçında Qarabağa 0-3 hesabıyla uduzan yarımada təmsilçisinin cənubluların meydanından uğurla qayıtmağı olduqca çətin məsələdir.
Hazırlıq oyunlarında əla təsir bağışlayan XL bu mövsüm iddiasını ortaya qoymaq əzmindədir. Hücumçu Rauf Əliyevin də gözəl oyun göstərməsi komandanın çıxışına təsir edəcək. Oğuz Çətinin futbolçuları Sumqayıtın eyniadlı təmsilçisi ilə matçda aşkar favorit hesab olunur. “Ağ-yaşıllar” güclü azarkeş dəstəyilə rəqib qapısına daha çox hücum edəcəklər.
