Çində istirahət edən "Barselona"nın müdafiəçisi Xerard Pike bir gün bu ölkədə top qova biləcəyini deyib.
Korner.az-ın məlumatına görə, ispaniyalı katalonlardan ayrılmaq istəmədiyini, lakin karyerasının irəliləyən dövrlərində Çin Liqasında çıxış edə biləcəyini vurğulayıb:
"Barselona" möhtəşəm klubdur. Burada olduğum üçün də xoşbəxtəm. Lakin mən peşəkar futbolçuyam. Gələcəkdə bir neçə seçim qarşısında qalacağam. Məhz onda da Çinə gələ bilərəm".
