Yeni mövsümə hazırlıqlarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun transfer məsələsini həll edib. 9 gün bundan öncə saytımız "Sumqayıt"ın Bundesliqadan futbolçu transfer etmək istədiyini yazmışdı (http://korner.az/v2/xeber/Hansı+klubumuz+Bundesliqadan+futbolçu+transfer+etmək+istəyir%3F/2392/)
Premyer Liqa klubu Almaniyadan türk əsilli futbolçu transfer edib.
Bu, 27 yaşlı Murat Doymuşdu. Ampulaca mərkəz müdafiəçisi olan futbolçu dünən “Erciyəsspor”la sınaq matçında özün yaxşı tərəfdən göstərə bildi. Futbolçu ilə 2 illik müqavilə imzalanıb. Berlin təmsilçisinin kapitanı olan futbolçu “Sumqayıt”dakı Almaniya türklərinin sayını artırıb. Ona qədər komandada Uğur Pamuk da çıxış edirdi.