Xavi koronavirusa yoluxdu
25.07.2020 , 16:41
Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi Xavi koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə mütəxəssis sosial şəbəkə hesabından paylaşım edib.
O, bir neçə gün əvvəl verdiyi koronavirus testinin müsbət nəticələndiyini bildirib.
Qeyd edək ki, Xavi 2015-ci ildən “Əl-Sədd”i çalışdırır.