İki il sonra yenidən A Seriyasında
25.07.2020 , 17:12
İtaliya A Seriyasına vəsiqə qazanan ikinci komandanın adına aydınlıq gəlib.
Korner.az xəbər verir ki, B Seriyasında çempionluğu təmin edən “Benevento”dan sonra “Krotone” də elitaya yüksəlib.
Komanda buna XXXVI turda səfərdə “Livorno”nu 5:1 hesabıyla məğlub etməklə nail olub. Xalını 65-ə çatdıran “Krotone” sona iki tur qalmış izləyiciləri üçün əlçatmaza çevrilib.