big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Xaqani Məmmədov, etiraf et, postunu təhvil ver, get”- SORĞU

16.11.2015 , 12:57

Bir neçə gün öncə idman KİV-lərinə sızan bir video futbol ictimaiyyətində böyük rezonans doğurdu. Məsələdən xəbərdar olmayanların nəzərinə qısaca çatdıraq ki, sporinfo.az saytının  əlinə 2001-ci ilə aid bir disk keçib. Həmin il Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədov və Xaqani Məmmədovdan ibarət hakimlər briqadası UEFA kubokunun seçmə mərhələsi çərçivəsində “Osiek” (Xorvatiya) – “Dinaburq” (Latviya) matçını idarə edib. Xorvatiyada 4-cü hakim funksiyasını yerinə yetirən Məmmədov 72-ci dəqiqədə – “Dinaburq” sonuncu əvəzləməni edərkən «özünü buraxıb». O, öncə laynsman Ramiz Əsədova qışqırıb ki, Asim Xudiyevə latviyalıların «təklif»ini çatdırsın. Baş hakim köməkçisinin sözlərini yaxşı başa düşmədiyindən, bu dəfə Xaqaninin özü «qollarını çırmalayıb». O, əlindəki tablonu yuxarı qaldırıb, dəyişdirilən futbolçunun nömrəsini göstərərkən, «Asim, qonaqlar «niçya»ya 15 min verir» söyləyib. Biz də məsələ ilə əlaqədar, idman mətbuatında çalışan həmkarlarımızla əlaqə saxlayıb, fikirlərini öyrəndik.

İbrahim Cəfərov( futbolxeber.az saytının baş redaktoru): "Bu video barədə çox danışmaq olar. Amma sübut etmək bır az uzun məsəlıdı. Yəni, Xaqani Məmmədov iddia edırsə kı bu montajdı, o zaman montaj olmadığını sübut etmək lazımdı. AFFA-da bununla bağlı komissiya yaradılacaq və düşünürəm ki, düzgün araşdırma aparılıb, ədalətlı qərar qəbul edıləcək. Qısaca onu da da əlavə edım kı, keçmişdə min oyundan çıxan bəzılər bu gün Xaqanı Məmmədov haqda elə danışırlar kı, sanki ozlərı aydan arı, sudan durudular. Onsuz da hamı Azərbaycan futbolunda əvvəl olanları da, bugünkilərı də yaxşı tanıyır. Xalqı avam yerınə qoyub,heç kim ozunu mələk kimi təqdim etməsin.”

Amal Abuşov( Futbol+ qəzetinin əməkdaşı):” Bu şantajdı, qardaş. Nə danışım ondan? O video ələ düşən kimi yayılsaydı, mən təmiz niyyətə inanardım. Amma indiki halda inanmıram.Ona görə də ilk gündən bu haqda heç nə danışmamışam.Hər kim yayıbsa, öz məqsədi üçün yayıb. Zamanlamanı deyirəm, qardaşım. Arxasında saf niyyət dayanmır.Mənim üçün onu məhz indi yayanların hərəkətiylə rüşvət alan hakimin hərəkəti eyni mahiyyətlidi. Xarici təsirin olub-olmamasını ekspertlər deyə bilər, məndə bu qabiliyyət yoxdu.”

Səxavət Qurbanov( idmanxeber.com saytının baş redaktoru): “Əslində, deyiləcək çox şey yoxdu. Hər şey bütün çirkinliyi ilə ortadadı. Yəni video hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyur. Videonun montaj olunduğu səsləndi. Ancaq Asim Xudiyevin açıqlaması da var ortada. Xəqani Məmmədov"xatırlamıram" deyir, Asim Xudiyev isə "mən eşitmədim" deyir. Birinin açıqlaması digərinin yalanını ortaya çıxardır. Bu Azərbaycan futbol hakimliyi adına böyük rüsvayçılıqdı. Buna don geyindirmək özü də bir ayıbdı. Yaranın üstünə duz səpmək lazım deyil. Etiraf et, postunu təhvil ver, get.”

Emin Tarverdiyev( komanda.az saytında köşə yazarı): “İnanmıram ki, həmin video montaj olsun. Belə də ki, Xaqani Məmmədovu tanıtmağa ehtiyac yoxdu, onu Azərbaycan idman mediası çox gözəl tanıyır. Bu gün ona Hakimlər Komitəsinin sədri kimi mühim bir postun tapşırılması elə cinayətdi”.

Ürfan Məmmədzadə 

Son yazılar

To Top