“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, “Bakı” ilə oyunun start heyətində yer alan millinin üzvü ilk yarıda zədələnib.
Bu səbəbdən Rahid 44-cü dəqiqədə yerini Slavik Alxasova verib. Onun durumu həkim müayinəsindən sonra bilinəcək.