"Xəzər Lənkəran" qış transfer "pəncərəsində" yollarını ayıracaq bir futbolçunun adı artıq məluьdu.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "ağ-yaşıllar" hücumçusu Branimir Subaşiçlə müqavilənin müddəti uzatmayacaq. Buna səbəb futbolçunun ondan gözlənilən performansı göstərməməsidi.
Serb əsilli Azərbaycan vətəndaşı olan Subaşiçin komandadan getməsini klubun baş məşqçisi Karles Bakes istəyir.
Bununla bağlı klub tərəfindən qısa zamanda rəsmi məlumat veriləcək.