big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Xəzər Lənkəran” Avropa Liqasında yubiley matçına çıxır

01.07.2013 , 12:37

Sabah futbol üzrə yeni – 2013/2014 mövsümü start götürəcək.
 
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran” üçün yubiley – 10-cu olacaq qarşıdakı futbol mövsümü avrokubok matçları ilə başlayacaq. 

Ayın 2-də Çempionlar Liqası və Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Avropaya Azərbaycan kubokunun finalçısı kimi yüksələn “ağ-yaşıllar” da həmin gün yeni mövsümdə ilk matçına çıxacaq.
 
Avropa Liqasında mübarizə aparacaq komanda Maltanın “Slima Uonderers” klubu ilə görüşəcək. İlk matçını səfərdə keçirməli olan “Xəzər Lənkəran” ada dövlətində özünün 10-cu, avrokuboklarda isə 7-ci mövsümünə başlayacaq. Tarixinin ilk – 2004/05 mövsümündən sonra daha 2 dəfə avrokuboklardan kənar qalan komanda 2006/07 və 2009/10 mövsümləri istisna olmaqla hər dəfə qitə səhnəsində Azərbaycanın təmsilçilərindən olub.
 
Yubiley mövsümünün start oyunu həm də avrokuboklarda yubiley matçı olacaq. Belə ki, Maltadakı görüş Lənkəran təmsilçisinin qitə arenasında 15-ci matçı kimi tarixə düşəcək. Əvvəlki 6 cəhddə komanda 14 oyuna çıxıb. Polşanın “Lex” klubu və Moldova təmsilçiləri ilə 2 dəfə rəqib olan komanda Xorvatiya, Estoniya və İsrail klubları ilə də görüşüb. İlk dəfə maltalıları sınağa çəkəcək “Xəzər Lənkəran” 14 qarşılaşmada 1 qələbə qazanıb, 6 heç-heçə edib və 7 dəfə uduzub. 12 qol vurub və 22-ni buraxan “ağ-yaşıllar” ilk 5 cəhddəki uğursuzluqdan sonra ötən mövsüm mərhələ adlamağı bacarmışdı. Bu dəfə həmin uğurun davamını gətirmək niyyətində olan komanda oyunlarından 2-ni Çempionlar Liqası, 12-ni Avropa Liqası (əvvəl UEFA kuboku) turnirində keçirib.
 
Evdə 5 heç-heçə və 2 məğlubiyyəti, rəqib meydanında isə 1 qələbə və 1 heç-heçə ilə yanaşı, 5 yenilgisi olan komanda növbəti səfər qələbəsini də Maltada əldə etməyə çalışacaq.
 
 
Mövsüm          tarix         turnir    Mərhələ         Rəqib                  meydan    hesab
2005/06    14.07.2005   UK     I təsnifat    NİSTRU (Moldova)       s             1:3
2005/06    28.07.2005   UK     I təsnifat    NİSTRU (Moldova)       e             1:2
2007/08   17.07.2007   ÇL      I təsnifat    DİNAMO (Xorvatiya)      e             1:1
2007/08    24.07.2007   ÇL     I təsnifat    DİNAMO (Xorvatiya)      s             1:3, əlavə vaxtda
2008/09   17.07.2008   UK      I təsnifat    LEX (Polşa)                   e             0:1
2008/09    31.07.2008  UK      I təsnifat    LEX (Polşa)                   s             1:4
2010/11    01.07.2010   AL      I təsnifat    OLİMPİYA (Moldova)    s             0:0
2010/11    08.07.2010   AL      I təsnifat    OLİMPİYA (Moldova)    e             1:1
2011/12    14.07.2011   AL      II təsnifat   MAKKABİ (Təl-Əviv, İsrail)  s      1:3
2011/12    21.07.2011  AL       II təsnifat   MAKKABİ (Təl-Əviv, İsrail)  e      0:0
2012/13    05.07.2012  AL       I təsnifat    NOMME KALYU (Estoniya)  e    2:2
2012/13    10.07.2012  AL       I təsnifat    NOMME KALYU (Estoniya)  s    2:0
2012/13    19.07.2012  AL      II təsnifat    LEX (Polşa)                  e              1:1
2012/13     26.07.2012 AL      II təsnifat    LEX (Polşa)                  s              0:1
 
ÇL – Çempionlar Liqası, UK – UEFA kuboku, AL – Avropa Liqası, e – evdə, s- səfərdə
 
Bu dəfə qitə arenasına komandanı uelsli baş məşqçisi Con Toşak çıxaracaq. Zəngin karyeraya malik mütəxəssis avrokuboklarda kifayət qədər komanda çıxarsa da, “Xəzər Lənkəran”la ilk dəfə qitə miqyasında olacaq. Buna qədər ki 14 matçda komandaya 4 məşqçi başçılıq edib. Onlar arasında ən uğurlusu Yunis Hüseynov olsa da, Toşak onun göstəricilərini yaxşılaşdırmaq imkanına malikdir.
 
№     Baş məşqçi         mövsüm   O   Q   H   M    T     X
1      Yunis Hüseynov          1            4   1    2   1   5-4   5
2     Ağasəlim Mircavadov   3            6   0    3    3 4-10  3
3      Mirça Rednik              1            2   0    1    1 1-3    1
4      Rasim Kara               1            2    0    0    2 2-5    0
 
Futbolçulara gəlincə isə əvvəlki 14 matçda 54 futbolçuya güvənən komandanın rekordçusu Rahid Əmirquliyevdir. 6-cı dəfə avrokubok mövsümünün iştirakçısı olacaq yarımmüdafiəçi artıq 12 qarşılaşmada meydana çıxıb. “Xəzər Lənkəran”ın qitə miqyaslı turnirlərdəki 12 qoluna isə 8 futbolçu imza atıb. Zaur Ramazanov və Branimir Subaşiçin hərəyə 3 qol vurduğu yarışlarda digər 6 oyunçu hərəyə 1 dəfə fərqlənib.

Son yazılar

To Top