Topaz Premyer Liqasının XI turu çərçivəsində "Sumqayıt"la oyunda 1:1-lik heç-heçənin ardından "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov istefaya göndərildi.
"Ağ-yaşıllar" həli ki, heç bir baş məşqçi ilə danışıqlara başlamayıb. Bu barədə Korner.az-a klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev məlumat verib:
"Qərar dünən qəbul olunub. Bu qərardan sonra klub rəhbərliyindən kimsəni göməmişəm. Bununla belə hələ ki, danışıqlar apardığımız kimsə yoxdu. Mətbuatda bir çox adlar hallanır. Lakin bunlar sırf yanlış məlumatlardı".