Videokonfrans formatında iclas keçirildi
05.11.2020 , 18:31

Bu gün UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar videokonfrans formatında təşkil olunmuş iclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.
