Van Persi: “Ruhum cavan qalıb”
21.04.2019 , 17:11

“Feyenord” klubunun futbolçusu Robin Van Persi gələcək karyerası ilə bağlı danışıb.
35 yaşlı hücumçu özünü yaxşı hiss etdiyini və daha çox oynamaq istədiyini deyib.
“Fiziki olaraq özümü yorğun hiss etmirəm. Mən daha çox oynayıb, qollar vurmaq istəyirəm. Qolların davamı gəldikcə, özümü daha da möhtəşəm hiss edirəm.”
Qeyd edək ki, hollandiyalı futbolçu “Feyenord” klubunun heyətində 29 görüşə çıxıb və 17 qol vurub.
