“Ayaks” tarix yazmağa davam edir
21.04.2019 , 17:52

Hollandiyanın “Ayaks” klubu bu mövsüm uğurlu çıxışını davam etdirir.
Çempionlar Liqasında uzun müddət sonra yarımfinala yüksələn Amsterdam təmsilçisi ölkə daxili çempionatda da yaxşı mövsüm keçirir. Belə ki, ötən gün “Qroninqen” klubu ilə görüşdə qələbə qazanan “Ayaks” klubu həm turnir cədvəlində olan yerlərini yaxşılaşdırıb, həm də bütün turnirlər daxil olmaqla, 156-cı qollarını vurublar. Bu, klub tarixinin ən çox qol vurulan mövsümü olaraq yadda qalıb.
