İngiltərə Premyer Liqasında mübarizə aparan “Uest Hem” “Mançester Siti”nin futbolçusu Pablo Zabaleta üçün təklif göndərib.
Korner.az-ın məlumatına görə, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola gələn təkliflə bağlı hələ qərarını verməyib.
Argentinalı oyunçunun isə “Mançester Siti”də qalmaq istədiyi bildirilir.
Xatırladaq ki, 32 yaşlı təcrübəli futbolçunun “şəhərlilər”lə müqaviləsi bu mövsümün sonunda bitir.
