UEFA-nın Çempionlar Liqası planı
10.06.2020 , 17:48

UEFA-nın Çempionlar Liqası ilə bağlı növbəti planı müəyyənləşib.
Korner.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunlarının 8-9 avqustda keçirilməsi planlaşdırılır. Bu barədə AS nəşri məlumat yayıb.
Avqustun 12-dən isə Portuqaliyanın Lissabon şəhərində 8 komandadan ibarət mini-turnir təşkil olunacaq. Oyunlar “Jose Alvalade” və “Estadio da Luş” stadionlarında keçiriləcək.
