Fransa klubundan 7 milyon avroluq transfer
10.06.2020 , 18:29

Fransanın “Anje” klubu heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, klub “Bordo”dan Pol Bernardonini transfer edib.
Futbolçu ilə müddəti 2024-cü ilə qədər olan müqavilə imzalanıb.
“Anje” bu keçid üçün “Bordo”ya 7 milyon avro ödəyib.
