UEFA-dan Elçin Məsiyevə növbəti təyinat
23.01.2023 , 12:40
Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
Korner.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Məsiyev Gənclər Liqasının pley-offunda Polşada “Rux” (Lvov, Ukrayna) – “İnter” (İtaliya) matçını idarə edəcək. Ona yan xətt hakimləri qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə polşalı Yatsek Malişek yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 8-də oynanılacaq “Rux” – “İnter” matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.