UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
08.08.2019 , 16:54
Azərbaycanlı FİFA referisi UEFA-dan təyinat alıb.
Korner.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək LASK (Avstriya) – “Bazel” (İsveçrə) cavab matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Görüş avqustun 13-də, Avstriyada keçiriləcək.