“Neftçi”nin cavab oyunu da canlı yayımda
08.08.2019 , 17:17

“Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə cavab oyunu da canlı yayımlanacaq.
Korner.az xəbər verir ki, Petak Tikva şəhərində “Ha Moşava” stadionunda keçiriləcək görüş “CBC Sport” vasitəsi ilə yayımlanacaq.
Qeyd edək ki, cavab oyunu avqustun 15-i Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
