“Üçüncü qol bizi öldürdü” – Karvahal
06.03.2019 , 14:41

“Bəli, bizim üçün hər şey bitdi. Özümü bundan daha pis hiss etdiyim an olmamışdı. Bu barədə danışa bilmirəm. Heç bir bəhanəmiz yoxdur. Bizdən daha yaxşı idilər və növbəti mərhələyə yüksəlməyə layiq idilər”.
Bu sözləri “Real”ın futbolçusu Dani Karvahal Çempionlar Liqasının 1/8 final mərhələsində “Ayaks”a 1:4 hesabı ilə uduzduqları cavab oyunundan sonra deyib.
“Asan deyil. Evimizdəki son 2 matçda “Barselona”ya uduzuq. “Ayaks”la oyuna kökələnmişdik. Qələbə qazanmaq istəyirdik.İki səhv etdik və hesabda 0:2 geri düşdük. Vurduqları üçüncü qol bizi öldürdü”- deyə o bildirib.
Karvahal daha sonra deyib: “Gənc heyətimiz var. Qarşıdakı dönəmlərdə daha yaxşı olacaqlar. La Liqada mübarizə aparmağa davam edəcəyik. Bu faktdır ki, bizim üçün mövsüm başa çatıb. Çox dəhşətlidir. Niyə belə olduğunu izah edə bilmirəm”.
