"Neftçi" Avstriya toplanışı çərçivəsində növbəti sınaq matçına çıxacaq. Korner.az-ın məlumatına görə, sayca 4-cü olacaq yoxlama matçında bu dəfə ki, rəqib Zaqreb "Dinamo"sudu. Görüş Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Xatırladaq ki, bu komanda UEFA Çempionlar Liqasının ötən mövsümündə "Neftçi" ilə düşmüşdü. Xorvatiyada keçirilən ilk oyunda 0:3 hesabıyla qələbə qazanan Zaqreb təmsilçisi Bakıda da qolsuz heç-heçəyə nail olmuşdu.
Qeyd edək ki, "Neftçi" Avstriyadakı hazırlıq prosesi çərçivəsində ilk oyununu Rusiyanın "Kuban" (Krasnodar) komandasına qarşı keçirmiş və 0:2 hesabıyla məğlub olmuşdu. Rumıniyanın məşhur "Dinamo" (Buxarest) klubu ilə görüşdə eyni hesabla qalib gələn "ağ-qaralar" ötən gün əvəzedicilərdən ibarət heyətlə Ukraynanın "Dinamo" (Kiyev) klubuna 0:5 hesabıyla uduzmuşdu. Türkiyə toplanışı zamanı isə "Neftçi" Rusiyanın “Mordoviya” klubuna 0:4 hesabıyla uduzmuş, İran çempionu "Sepahan"a qalib gəlmişdi – 1:0.