"Uğur Pamukun transferi demək olar ki, yekunlaşmaq üzrədi".
Bu barədə Korner.az–a açıqlamasında "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
"Sumqayıt"ın sabiq sağ cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilənin bağlanması gözlənilir. Üstəlik, “Xəzər Lənkəran” bu transferə görə “Sumqayıt”a pul da ödəyəcək.
Nadirov isə artıq bu transferin həll edildiyini bildirib:
"Pamukun transferi haqda rəsmi məlumat veriləcək. Əsas məsələ budur ki, biz bu futbolçunu heyətimizə qata bildik".
Qeyd edək ki, “Xəzər Lənkəran” qış fasiləsində artıq 1 transferini rəsmiləşdirib.
Bu, türkiyəli Gökhan Güləçdir.