“Turan Tovuz”da yeni müdafiəçi
22.07.2024 , 19:55
“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi Rüfət Əhmədovun transferini tamamlayıb.
21 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. “Qəbələ”nin yetirməsi olan R. Əhmədov son mövsümü icarə əsasında “Kəpəz”də keçirib. Müdafiənin hər iki cinahında oyanayan futbolçu 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində 8 oyunda meydana çıxıb.