Premyer Liqa klubundan yeni transfer
22.07.2024 , 20:03

“Aston Villa” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Everton”dan Amadu Onananı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə təmsilçisi oyunçu üçün 50 milyon funt-sterlinq təzminat ödəyib.
“Everton” Amadu Onananı 2022-ci ilin yayında “Lill”dən transfer etmişdi.
