“Turan Tovuz” – “Şamaxı” oyunu 2 manata
02.11.2022 , 16:30

Azərbaycan Premyer Liqasının XIII turunda keçiriləcək “Turan Tovuz” – “Şamaxı” matçının biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletin qiyməti 2 AZN təşkil edir. Biletləri bu gündən stadionun kassalarından əldə etmək olar.
Noyabrın 4-ü keçiriləcək sözügedən görüş saat 15:00-da start götürəcək.
