Tural Bayramlı Latviya klubuna transfer olunub
18.02.2019 , 14:28

“Sumqayıt” Futbol Klubunun üzvü Tural Bayramlı Latviya klubuna transfer olunub.
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü olan yarımmüdafiəçi adıçəkilən ölkənin yüksək liqa təmsilçisi “BFC Daugavpils” klubunda forma geyinəcək.
“Sumqayıt” Futbol Klubu olaraq, Turala gələcək karyerasında uğurlar arzu edirik.
