“AAAF Park Yaşayış Kompleksi”ndə sakin və qonaqlar üçün daha bir restoran istifadəyə verildi.
Korner.az-ın məlumatına görə, bugündən etibarən “Tuado” restoranı müştərilərinin xidmətindədir. Rəsmi açılış mərasimində 50-dən çox qonaq iştirak etdi və onlara çeşidli təamlar təqdim olundu.
“Tuado” restoranında müştərilər Azərbaycan, rus və Avropa mətbəxinin ən ləziz yeməklərini dada, yüksək səviyyəli xidmətdən yararlana bilərsiniz.
Canlı musiqi müşayiəti ilə təmin olunacaq bu məkan həftənin bütün günlərində səhərdən gecəyə qədər işləyəcək.
Qeyd: Bu reklam xarakterli xəbərdir.
