“Trabzonspor”dan Mark Bartra qərarı
12.06.2023 , 11:19
“Trabzonspor” futbolçusu Mark Bartra ilə yolları ayırmaq fikrindədir.
Korner.az xəbər verir ki, futbolçu ilə 6 klubun maraqlandığı bildirilir.
Mövsümün əvvəlində “Real Betis”dən 1,2 milyon avro qarşılığında “Trabzonspor”a transfer olunan Bartranın ölkəsinə qayıtmaq üçün planlar qurduğu vurğulanıb.
Futbolçu İspaniya mətbuatına açıqlamasında “Betis” üçün darıxdığını dilə gətirib.
Bartra ilə ən çox maraqlanan komandaların “Real Betis” və “Jirona” olduğu bildirilib.
Mina Musayeva