“Liverpul” 25 milyon verə bilir, onlar 50 milyon istəyir
12.06.2023 , 11:28
“Liverpul” “Sauthempton”un yarımmüdafiəçisi Ceyms Uord-Prouzla maraqlanır.
Korner.az-ın məlumatına görə, transfer dəyəri 50 milyon funt-sterlinq olan futbolçu üçün “Liverpul” bu məbləğin yarısınə ödəmək istəyir.
Tərəflər arasında danışıqlar gedir. Məsələnin yaxın günlərdə həll olunması gözlənilir.
Uord-Prouz komandanın heyətində 38 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.