Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Vahid Halilhodziç komandanın məşhur siması Floran Maludanı heyətdən kənarlaşdırıb.
Korner.az-ın məlumatına görə, buna səbəb futbolçunun intizamsız hərəkətləri olub. Bu barədə məlumat verən klub meneceri Serhat Altıncı:
“Baş məşqçimiz Vahid Halilhodziç Maludanı intizamsız hərəkətlərinə görə heyətdən kənarlaşdırıb. Məşqçinin verəcəyi hesabat əsasında klubun idarə heyəti futbolçu haqda qərarını açıqlayacaq”.
Qeyd edək ki, Maluda “Trabzonspor”a 2013-cü ildə “Çelsi”dən keçmişdi.
