Topaz Premyer Liqası: Daha bir stadion təmirə bağlanır
24.08.2018 , 15:10
Azərbaycanda daha bir əsas stadion təmirə bağlanır. Söhbət əsasən “Şəfa” stadionu kimi tanınıb, daha sonra “İnter Arena” olan, indi isə “ASK Arena” adlanan məkandan gedir.
Hansı ki, bu stadionda “Keşlə”nin əsas və əvəzedici heyəti, eləcə də “Neftçi”nin əvəzedici heyəti ev oyunlarını keçirir. Belə olan halda, ən yaxşı tərəfdən yanaşsaq, 3 komandanın meydança problemi olacaq. Bizdə olan məlumata görə, “ASK Arena” sentyabr ayından etibarən təmirə dayanacaq, stadionun ot örtüyü təbii ediləcək. Stadion təmirdə olduğu zaman “Keşlə” ev oyunlarını “Dalğa Arena”da reallaşacaq.
Mənbə: Futbol11.az