Ter Ştegen Roys üçün çağırış etdi
27.02.2019 , 20:17

“Barselona”nın almaniyalı qapıçısı Ter Ştegen “Borusiya Dortmund” klubunu futbolçusu Marko Reusla bağlı fikirlər səsləndirib.
Reusu ailəsinə bağlı olaraq qiymətləndirən qolkiper onu “Barselona” klubunda oynamağa çağırıb.
“Reus möhtəşəm futbolçudur. Onunla birlikdə çox yaxşı vaxtlarımız olub. O, hər klubda oynamağa layiq biridir. “Barselona”da onunla birlikdə çıxış etmək möhtəşəm olardı.”
Qeyd edək ki, Marko Reus bu mövsüm “Borusiya Dortmund” klubunun heyətində meydana çıxdığı 27 görüşdə 17 qol vurub.
