Mourinyo: “Mən o hərəkəti etsəydim…”
27.02.2019 , 19:58

Joze Mourinyo “Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simyonenin qeyri-etik qol sevincinə münasibət bildirib.
Portuqaliyalı mütəxəssis eyni hərəkəti özü etsəydi, daha çox tənqid olunacağını düşünür.
“Təsəvvür edin ki, Simyonenin bu hərəkətini mən edirəm. Heç fikirləşirsiniz o zaman nələr olardı? Əlbəttə ki, digərlərindən daha çox tənqid olunardım. Mənə olan münasibət digərlərindən çox fərqlənir. Səbəbini isə bilmirəm”.
Qeyd edək ki, Simyone Çempionlar Liqasının 1/8 finalında “Yuventus”la görüşdə komandasının ilk qolunun sevincini qeyri-etik şəkildə qeyd edib.
