big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Tahir Süleymanov: “Cavid “Hoverla”ya getmək istəmirsə, mən nə edim?” (MÜSAHİBƏ)

29.07.2013 , 11:27

Bu gün müstəqil futbol meneceri Rəsul Şükürsoy özünün feysbuk səhifəsində Cavid İmamverdiyevin Ukraynanın “Hoverla” klubuna keçidinin qarşısını alındığını yazmış, hətta buna görə konkret olaraq “Neftçi”nin prezidenti Sadıq Sadıqovla vitse-prezident Tahir Süleymanovu ittiham etmişdi. Məsələyə Tahir Süleymanovun münasibətini öyrəndik və məlum oldu ki… Təkcə bu məsələni yox, həm də hələ də boş qalan baş məşqçi məsələsinin nə yerdə olduğunu öyrənməyə çalışdıq.

– Tahir bəy, Cavidin “Hoverla”ya keçidinin baş tutmamasına görə ittiham olunan iki şəxsdən birisiz.
– Çox təəssüf ki, ara qatmaq, yaxud don geyindirmək üçün ortaya atılan ittihamlardı. “Neftçi”nin Azərbaycan üçün etdiyini hamı gördü Albaniyada. Ağdamın işğalının 20 illiyiylə əlaqədar stadionda 1 dəqiqəlik sükutun elan olunmasına nail olan klubdu “Neftçi”. O ki qaldı Cavidin məsələsinə, “Hoverla” onu baxışa çağırmaq istəyirdi. Biz də dedik ki, hər hansı baxışdan söhbət gedə bilməz. Ondan sonra məktub göndərdilər ki, Cavidi bir illiyə – 20 avqust 2013-cü il-20 iyul 2014-cü illər aralığında – icarəyə götürmək istəyirlər. Bu 20 avqustu ona görə xüsusi vurğulayıram ki, hələ avqust ayına keçməmişik. Hələ bir ay müddət var. Sual verirəm, 20 avqusta hələ bu qədər vaxt qaldığı halda, bu məsələlərin bu formada ortaya atılmasının kökündə nə dayanır? 23 iyul 2013-cü il tarixdə onlara məktub göndərmişik ki, buyurun, gəlin Bakıya, müqavilənin detallarını müzakirə edək. Yox, əgər gələ bilmirsizsə, elektron poçt yazışmasıyla bitirək işi. Bizim bu cavabımızın müqabilində bu iddiaların ortaya atılmasının arxasında nə durur? Buyursunlar, gəlsinlər Bakıya, yaxud öz rəsmi mövqelərini qoysunlar ortaya. Cavid bir il orda oynayacaq, zədə alsa… Bilirsiz, bunların hamısı tam şəkildə aydınlaşdırılmalıdı. Və ən önəmli məqamlardan biri: əgər Cavid “Hoverla” klubunda oynamaq istəmirsə, Tahir Süleymanovun nə aidiyyəti var bu məsələlərə?

– Bir dəqiqə, yəni Cavid “Hoverla”ya keçmək istəmir?
– Mən qanunu bildirirəm ki, müqaviləsi olan hər hansı futbolçunu öz razılığı olmadan başqa kluba satmaq və ya icarəyə vermək olmaz.

– Yox, siz dediz ki, Cavid istəmirsə, mən nə edim.
– Buyurun, Cavid İmamverdiyevdən açıqlama alın. Biz futbolçularımıza danışmaqla bağlı qadağa qoymamışıq ki. Digər tərəfdən, Tahir Süleymanov klubda nə heç kimi harasa göndərmək, nə də heç kimi gətirmək səlahiyyətinə sahib deyil. Bütün məsələlər klubda müzakirə edilir və ondan sonra qərar qəbul olunur. Bir daha vurğulayıram, “Hoverla” klubuna Albaniyadan – “Skenderbeu”yla oyundan əvvəl, başımızın qarışıq olduğu vaxtda diqqətdə saxlamışıq bu mövzunu – 23.07.2013-cü il saat 16.02-də göndərdiyimiz cavab məktubumuzu göndərmişik. Bildirmişik ki, “sizin 50 faiz istəyiniz bizim üçün anlaşılmazdı və bunu dəqiqləşdirmək lazımdı. Buyurun, dəvət edirik Bakıya. Gələ bilmirsizsə, danışıqları rəsmi yazışmayla da edə bilərik”.

– Bəs “Hoverla”dan bu məktubunuza cavab gəlibmi?
– Xeyr, gəlməyib. Bir daha vurğulayıram, bu futbolçu 20 avqustdan istənilir. 20 avqusta isə hələ neçə gün var.

– Tahir bəy, bu qalmaqaldan, ittihamlardan sonra Cavidin “Hoverla”ya qapısı bağlandı, yoxsa hələ açıq saxlayırsız?
– Biz hər zaman futbolçularımızın normal şərtlər altında əcnəbi klublara keçidinin tərəfdarı olmuşuq. Amma Cavidin Kiyev “Dinamo”suna getməsinin birinci əleyhdarı mən olmuşam. Çünki onu baxışa çağırmışdılar.

– Ancaq “Hoverla” baxışa yox, birbaşa müqavilə imzalamağa çağırıb, mən bilən.
– Onu da bizim təkidimizdən sonra elədiklər. Bir ay bundan əvvəl “Neftçi”ni istəməyənlər futbolçuların qiymətlərinin qaldırılması üçün ağızlarına gələni yazırdılar. Vobayın. Ramosun adını hallandırırdılar. Ancaq Vobay Azərbaycan futbolunda nümunəvi addım ataraq müqaviləsi bitməsinə rəğmən başqa klubla danışıqlara getmədi, gəldi “Neftçi”ylə anlaşdı ki, onun futbolçu kimi inkişafında pay olan komandamıza Çempionlar Liqasında kömək eləsin. “Skenderbeu”yla cavab oyunundan sonra isə gəlib dedi ki, məni başqa klublar istəyir. Biz də baxdıq və ən münasib klubu müəyənləşdirdik. Onun həmin klubda icarə əsasında oynayacağına dair müqavilə artıq dəqiqləşdirilmə mərhələsindədi. Budu peşəkarlıq.
Cavid məsələsində ortaya əlavə söz-söhbətlərin atılması mənəviyyatsızlıqdı. “Neftçi”nin məşqçilər korpusu onun “Hoverla”ya icarəyə verilməsinin heç vaxt əleyhinə olmayıb.

– Bir şeyi dəqiqləşdirdik: “Hoverla” rəhbərliyi danışıqlar üçün Bakıya gələrsə, Cavidin keçidinə maneçilik törədilməyəcək, eləmi?
– Bəli, birinci məsələ budu. İkincisi, qarşı tərəfin təklifi bizi qane edərsə və ən önəmlisi, Cavid razılaşarsa. Saleh, təsəvvür edin ki, siz əmək sərf eləyirsiz nəyəsə və bir gün kənardan biri çıxıb deyir ki. Bundan qazanacağının 50 faizi mənimdi. Bütün bunlara baxmayaraq, biz danışıqlar aparmağa hazır idik və günü bu gün də hazırıq. Əlavə söhbətlərin ortaya atılması qərəzdi.

– Tahir bəy, gəlin bu 50 faiz məsələsini də dəqiqləşdirək. Yəqin, “Hoverla” təklif edir ki, Cavidi icarəyə götürürəm və sabah başqa kluba satsam, transferin 50 faizi mənimdi, eləmi?
– Onların təklifidi bu. Bizim də təklifimiz var idi. “Neftçi” Cavidin yetişməsinə, futbolçu kimi formalaşmasına kifayət qədər pul xərcləmiş klubdu.

– Anladım. Siz 50 faizlə razı deyilsiz. Ağlınızdan keçən faiz var, yoxsa faiz məsələsinin, ümumiyyətlə, ləğvini istəyirsiz?
– Saleh, bu məsələlər danışıqlar əsasında həll olunur. Amma danışıqlara gəldilərmi? Belə şeylər telefon danışıqlarıyla, yaxud populist çıxışlarla həll olunmur axı. Bu gün də gec deyil hələ. Futbolçunu istəyən klub canfəşanlıq edər. Heç kim “Neftçi”yə yuxarıdan-aşağı baxa bilməz.

– Son sual: klub rəhbərliyi baş məşqçi məsələsində nə qərara gəldi? Komanda mövsümə Tərlan Əhmədovla başlayacaq, yoxsa yeni baş məşqçi axtarışlarınız davam edir?
– Bilirsiz ki, Çempionlar Liqasında, gözləmədiyimiz halda, uğursuz nəticə oldu. Böyükağa müəllim dəbildirmişdi ki, uğursuz nəticə olsa, məsuliyyəti öz üzərinə götürüb istefa verəcək. Təəssüf ki, belə də oldu. Hazırda məşqçilər korpusu komandaya rəhbərlik edir və yeni baş məşqçi axtarışıyla bağlı konkret fikir bildirmək çətindi.

– Yəni mövsümə Tərlan Əhmədovla başlayacaqsız, eləmi?
– Mövsümün başlanmasına bir xeyli vaxt var.

– Xeyli vaxt dediyiniz 5 gündü, Tahir bəy.
– Bəli 5 gün. Mövsüm ayın 3-də başlayacaq.

– Amma qəti bir qərar yoxdu?
– Qəti qərar olanda ictimaiyyətə məlumat veriləcək.

Saleh Arslan

Son yazılar

To Top