big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Təyinata deyil, görülən işlərə baxmaq lazımdır”- Elmar Qasımov

05.09.2015 , 06:03

Azərbaycan Cüdo milli komandasının üzvü Elmar Qasımovun “Qafqazinfo”ya müsahibəsi:

Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti oldu. Bu təyinat idmançıları qane etdi?

– Sevindirici haldır ki, şikayətlərimiz dövlət tərəfindən nəzərə alındı. Düzünü desəm, bizim üçün fərqi yoxdur ki, kim rəhbər təyin edilir. Əsas olan odur ki,  bizə diqqət ayrılsın. Cüdoya qayğı göstərilsə, yaxşı nəticələr olacaq. Biz də yaradılan şəraitin çox pis olmasına görə narazılıq bildirirdik. Füzuli Ələkbərov da bizi diqqətdən kənar saxladığı üçün onun ayrılmasını bildirdik. Rövnəq müəllim bildirdi ki, sizə şərait yaradacam. İdmançıya da bu lazımdır. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

İlk dəfə bu təyinatı eşidəndə sevindiniz?

– Əlbəttə ki, sevindik. Amma yenə deyirəm, təyinata yox, onun görəcəyi işlərə baxmaq lazımdır.

– Qarşıda cüdoçuları gözləyən ən önəmli turnir Rio-de-Janeyro olimpiadasıdır. Avropa  Oyunlarında və Qazaxstandakı dünya çempionatındakı uğursuzluğu okeanın o tayında unutdura biləcəksiz?

– Fikrimcə, orda ən azı 2 və ya 3 medal qazanacağıq. Baxsanız, mən və Rüstəm Orucov dünya sıralamasında 1-ci yerdəyik. Orxan Səfərov 3-cü pilləni tutur. Digər idmançılarımız da ilk “10-luq”dadır. Zəif cüdoçumuz yoxdur, hamısı güclüdür.  2-3 medal realdır. Hətta orada çempion da ola bilərik. Bunlar hamısı rəhbərliyin yaratdığı şəraitdən asılı olacaq.

– Astanada keçirilən dünya çempionatında uğursuzluğun səbəbi yenə də hazırlıq idi. Amma bildiyim qədərilə təlim-məşq toplanışlarında olmuşdunuz…

– Sözün açığı, Avropa Oyunlarından sonra yaxşı məşqlərimiz olmadı. Həm də ki, dünya çempionatından öncə biz Şahdağa getmişdik. Orda hazırlaşırdıq. Sizi bilirsiz ki, dağdan düşəndə idmançının bədəni ən az o gün “boşalır”. Yəni yuxarı ilə aşağı arasında oksigen fərqi var. Dünya çempionatında ilk gündə meydana çıxanlar bu səbəbdən uduzdular. Hazırlıq və üstəgəl dediyim problem nəticəsində mübarizəni dayandırdılar. Mən isə sonuncu gün tatamiyə çıxdım. Öz səhvimdən uduzdum. Səhv fənd etdim və nəticəsində mübarizəni dayandırdım.

– Bəs maliyyə məsələləri ordakı əhval-ruhiyyəyə təsir etdi?

– Yox. Çünki artıq ora getmişdik və sadəcə medal qazanmağı düşünürdük. Mən Şahdağda da həvəslə çalışırdım, çünki çempion olmaq istəyirdim. Məsələn, burada hər idmançı 3 görüş keçirirdisə, mən 5 görüş keçirdim. Maliyyənin buna təsiri yoxdur.

– Sizin ölkə prezidentinə ünvanladığınız məktubdan əvvəl də şikayətlər olmuşdu. Hətta idmançılar onlara vitamin və kimanoların da verilmədiyini bildirirdilər. Astanaya gedərkən siz də eyni problemlə üzləşdiniz?

– Yox, elə ciddi problemlər olmadı. Amma kimano vermirdilər. Avropa Oyunlarına görə verdikləri qalmışdı. Əslində kimanolar verdilər, amma əyinə geyiləsi deyildi. Ayaqqabıların razmerləri heç düzgün deyildi. Amma vitamin və təlim-məşq toplanışı verdilər. Bilirsiz necədir? Təlim-məşq toplanışı olur və orada hər çəkidə “1 nömrələr” hazırlıq keçir. Artıq digər idmançılar lazımsız yerə məşq etdiklərini düşünüb gəlmirlər zallara. Ona görə də Bakıya gələndə adam zalda idmançı tapmır ki, məşq eləsin. Diqqət ayrılsa, heç olmasa, maaş verilsə. Onlar da qalarlar.

– Məşqçilərin dəyişilməyini istəyirsiz, yoxsa onlar qalsın?

– Avropa Oyunlarında və Astanadakı dünya çempionatına hazırlığın səviyyəsinin aşağı olmasının günahkarı sırf məşqçilər idi. Fikrimcə, onlar da dəyişilməlidir. Çünki əsas yarışlara bizi hazırlaya bilmirlər. Bilirsiz, təlim-məşq toplanışlarında hazırlıqla bağlı problem yoxdur. Amma nə vaxtki böyük yarışlar olur, həmin yarışlar öncəsi 1-2 ay qabaq idmançılar öz ölkələrində hazırlaşırlar. Toplanış üçün xaricə getmirlər. Bizim məşqçilər də Bakıda bizi hazırlamaqdan çətinlik çəkirdilər. Gedib adi turnirlərdə qalib olurduq, amma böyük yarışlarda uduzuruq. Astanada komandanın zəif çıxışı da baş məşqçinin günahı idi.

– Hazırda Azərbaycan cüdoçularının ən tanınmış simasız sizsiniz. Yəqin ki, Rövnəq Abdullayevlə görüşdə də komanda kapitanı kimi iradlarınızı çatdıracaqsınız. Qadın cüdoçuların vəziyyəti ümumiyyətlə pisdir. Onlarla bağlı hər hansı təklif irəli sürməyi düşünürsüz?

– Onu daha çox müəllimlər çalışmalıdır ki, desin. Onlar təkliflər irəli sürsünlər. Mən əvvəl elə bilirdim ki, Azərbaycan qadın cüdoçuları tamamilə zəifdir. Amma Avropa Oyunlarında gördüm ki, vəziyyət fərqlidir. Çox zəif hazırlıqlar olmasına baxmayaraq mərhələ keçə bildilər. Məsələn, Aişə Qurbanlı ilk mərhələni adladır, ikincidə güclü rus idmançısına uduzdu. Xanım Hüseynova bir mərhələ keçdi. Amma əvvəl belə deyildi. Qadın cüdoçular çıxıb elə ilk görüşdə uduzurdular. Onlara diqqət ayrılsa, ölkəmizə medal qazandırarlar.

Son yazılar

To Top