"Sabah bizi "Zestafoni" ilə çətin oyun gözləyir. Tək hədəfimiz qələbədir. Çalışıb azarkeşlərimiz qarşısında qələbə qazanaraq Tiflisdəki matça rahat gedək". Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun məşqçisi Tərlan Əhmədov deyib.
Baş məşqçi Böyükağa Hacıyev səhhətindəki problem səbəbindən tədbirə qatılmadığı hal da onu Tərlan Əhmədov əvəzləyib.
T.Əhmədov yeni transferlərdən və gedən futbolçulardan da danışıb:
"Yeni transferlər məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Mən deyərdim ki, yeni transferlər gedənlərdən daha güclü futbolçulardı. Lakin hansı futbolçunu meydana buraxacağımı hələ dəqiqləşdirməmişəm. Sabah görəcəksiniz ki, “Neftçi” ötən illərlə müqayisədə daha da inkişaf edib. Yalnız Bahadır Nəsimovla Rodriqinyo zədəlidir. Rəqibi də kifayət qədər öyrənmişik. Zəif və güclü tərəflərini bilirik".