I divizionda IX turun oyunları çərçivəsində bu gün “Tərəqqi” Gəncədə “Şuşa”nı qəbul edəcək.
Korner.az-ın məlumatına görə, Vasif Vəliyevin komandası oyunla bağlı hazırlıqlarını başa vurub.
Matçöncəsi sonuncu məşq dünən saat 11:00-da baş tutub. Hazırlıq prosesi Gəncə şəhər stadionunun yardımçı meydançasında reallaşıb. 1 saatdan təxminən bir qədər çox sürən məşqdə isinmə hərəkətlərindən sonra “Tərəqqi” üzvləri toplu çalışmalara başlayıb. Hazırlıq prosesinin sonunda isə oyunçular şərti olaraq iki – “göy” və “qırmızı” komandalara bölünərək futbol oynayıb.
Qeyd edək ki, “Tərəqqi” – “Şuşa” oyunu saat 14:00-da başlayacaq. Qarşılaşmanı Ramiz Məhərrəmov idarə edəcək.