“Səbail”də yeni müqavilə
03.04.2021 , 16:17
“Səbail” yetirməsi olan Zeynəddin Abdurahmanovu əsas komandaya cəlb edib.
Korner.az xəbər verir ki, “Səbail” Futbol Akademiyasının “U17” və “U19” komandalarında oynamış 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik peşəkar müqavilə imzalanıb.
Zeynəddin 38 nömrəli forma ilə çıxış edəcək.