Almaniya millisinin yarımmüdafiəçisi Bastian Şvaynştayger yığmadakı karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, bu barədə 31 yaşlı futbolçu “tvitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Almaniya millisinin əziz azarkeşləri. Mən baş məşqçi Yoahim Lövdən məni daha yığmaya çağırmamasını xahiş etdim. Çünki yığmadakı karyeramı başa vurmaq istədim. Azarkeşlərə, komandaya, Almaniya Futbol Federasiyasına və məşqçilər korpusuna təşəkkür edirəm”.
