Super Liqa klubundan yeni transfer
25.06.2023 , 22:33
Türkiyənin “Samsunspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqanın yeni iştirakçısı Slovakiya yığmasının mərkəz müdafiəçisi Lübomir Şatkanı transfer edib.
Polşanın “Lex” (Poznan) klubundan transfer edilmiş 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.