Super Liqa klubunda yeni baş məşqçi
11.10.2019 , 22:16
Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, bir neçə gün öncə Yücel İldizi istefaya göndərən Super Liqa təmsilçisi bu posta Mehmet Özdileki gətirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında mövsümün sonunadək müqavilə imzalanıb.