“Sumqayıt”dan yeni transfer
14.08.2020 , 17:24

“Sumqayıt” növbəti transferini həyata keçirib.
Korner.az xəbər verir ki, “kimyaçılar” İranın “Sepahan” klubundan ayrılan Əli Qurbanini heyətinə qatıb. 29 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.
Əli yeni klubunda 9 nömrəli formada çıxış edəcək. Qurbani ötən mövsüm “Sepahan”da keçirdiyi 12 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
