“Sumqayıt”dan növbəti transfer – Rəsmi
24.06.2021 , 18:22
“Sumqayıt” 2021/22 mövsümü üçün daha bir futbolçunu heyətinə cəlb edib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Roman Hüseynovla 1 illik müqavilə imzalanıb. Hüseynov “20” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Roman Hüseynov “Qəbələ” (35 oyun, 2 qol) və “Kəpəz”in (11 oyun) uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.