“Sumqayıt”da Yunanov izi
10.04.2020 , 16:11

“Sumqayıt”ın 10-cu ildönümü ilə əlaqədar olaraq, “Yaxın keçmişə səyahət” rubrikasını davam etdirir.
Korner.az xəbər verir ki, 2011/12 mövsümündən Premyer Liqada mübarizə aparan klubun ən sərrast futbolçusu Amil Yunanovdur.
Klubun tarixində ümumilikdə 91 oyuna çıxmış 27 yaşlı futbolçu 28 qolla klub tarixinin ən çox qol vuran futbolçusudur.
“Sumqayıt” tarixində növbəti ən çox qol vuran futbolçular isə Pərdis Fərcad-Azad (22 qol) və Məhəmməd Qurbanovdur (20 qol).
Bu günə qədər Premyer Liqada “Sumqayıt”ı 5 baş məşqçi çalışdırıb: 2011-2013-cü illərdə Berhard Raab, 2013-2015-ci illərdə Aqil Məmmədov, 2015-2018-ci illərdə Samir Abasov, 2018-19 mövsümünün 11-ci turunadək Nazim Süleymanov və hazırda komandanın sükanı arxasında olan Ayxan Abbasov.
