“Barselona”da 6 istefa
10.04.2020 , 14:26

“Barselona”da 6 funksioner vəzifəsindən gedib.
Kataloniya radiosu klub prezidentinin iki köməkçisi – Emili Russo və Enrike Tombasın, idarə heyətinin 4 üzvü – Silvio Elias, Mariya Teyşidor, Xosep Pont, Jordi Klasamilla vəzifəsindən istefa verdiyini açıqlayıb.
Funksionerlər son zamanlar yaranan problemlərdən sonra “Barselona”da dəyişikliyə nail ola bilmədikləri üçün bu qərarı veriblər.
