Növbəti mövsümün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Kuban” klubunun yetirməsi olmuş, son olaraq Armavir “Torpedo”sunda çıxış edən Təvəkkül Məmmədov komanda ilə 2 illik razılaşma imzalayıb.